Adnan İslamı tərk edib Məsihi Xilaskar olaraq qəbul edən bir insan olaraq həyatın necə çətin ola biləcəyini göstərmək üçün mükəmməl bir nümunə təqdim edir. Hal-hazırda Adnan gün ərzində bir çox problem və maneələrlə üzləşir, buna baxmayaraq o həyatını Məsihə təslim etmək qərarı ilə qürur duyur. Heç bir təhdid və ya fiziki zərər onun Məsihə olan sevdasını məğlub edə bilməzdi. Adnan inanır ki, əgər Rəbbi onu seçibsə, onda bu bir məqsəddir və Tanrı onu həm qoruyacaq, həmdə ki, şeytanın yoluna doğru yoldan çıxmasının qarşısını alacaq.
İslam Şəriəti qanununa görə bir Müsəlmanın İslam dinindən Xristianlıq inancına çevrilməsi gözlənilməz bir cinayət sayılır. Bu kafirlik hesab olunur və buna görə ölümlə cəzalandırılır. Bir dövlət kimi Pakistan ilə əlaqədar açıq aşkar bir qarışıqlıq var. Bir tərəfdən onun demokratik konstitusiyası bütün Pakistan vətəndaşlarına dini azadlığı təmin edir, digər tərəfdən isə Müsəlmanları düşünməyə, şübhələnməyə, sual verməyə, fikirlərini ifadə etməyə və ya iman gətirməkdə seçim azadlığından məhrum edir. Bir Müsəlman istəsədə, istəməsədə, hətta güclə belə olsa həmişə Müsəlman olaraq qalacaq.
Pakistan İslam respublikasında İslamı tərk etmək ölümü dəvət etməyə bərabərdir. Adnan nəticəsini düşünmədən həyatının qalan hissəsini İsa Məsihə həsr etməyə qərar verdi, o yalnız dəvət edildi. Adnan yalnız Pakistan cəmiyyətindən və hökümətindən deyil, həm də öz ailəsi ilə çox təzyiqlərlə üzləşmişdir.
Adnan, həyat yoldaşı ilə öz həyatlarını xilas etmək üçün onunla birlikdə Pakistandan qaçmaq məcburiyyətində qaldı və öz Xristian imanlarıyla azad şəkildə yaşayırlar. Onlar hal-hazırda Tailandda həm çətinlikdə, həm də sığınacaq axtaranlar kimi bədbəxtlikdə yaşayırlar. Tailand səlahiyyətləri cütlüyü qanunsuz mühacir hesab edir və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Bangkokda onları alternativ təhlükəsiz bir millətə qarışdırmaq istəmir.
Məsih heç vaxt Ona tabe olmağın asan olacağını elan etməmişdi, nə də ki, Onun Davamçıları kimi bizim rahat bir həyatla təmin olunacağımıza bizi əmin etmişdi. Amma O bir şeyi bizi əmin etmişdi: sonuna qədər möhkəm dayanan davamçı xilas olacaq və həyatın şərəfli tacını qəbul edəcək. Adnan Rəbbinin vədinə inanır və Ona xidmət edərkən hər cür çətinliklərlə üzləşməyə hazırdır.
Əgər ürəyiniz Məsihdə olan qardaşınız üçün fəryad edirsə, bizə müraciət edin: Adnan bütün həyatını öz Xilaskarının sevgisinə görə təhlükəli vəziyyətdə qoydu. Adnanın ailəsinin Tailandda qaldıqları vaxt ərzində sağ qalmaları üçün və onların daha təhlükəsiz bir cəmiyyətə keçmələrini təmin etmək üçün sizin dəstəyinizə ehtiyacı var. Tanrı sizləri qorusun.