jcm-logo

Ağzınıza diqqət yetirin

Ağzınıza diqqət yetirin - İsa Məsih Azərbaycan üçün

Süleymanın məsəlləri 18:21 – Dil həyat və ölüm gücünə malikdir və onu sevənlər onun meyvələrini yeyəcəklər.

“AĞZINIZA DİQQƏT YETİRİN!” ifadəsi elə bir ifadədir ki, mən və mənim bacı, qardaşlarım bu inkişaf etdiyimiz vaxt ərzində tez-tez valideynlərimizdən eşidirik. “AĞZINIZA DİQQƏT YETİRİN” ifadəsi valideynlərimiz tərəfindən bacı, qardaşlarım və mənim üçün nizam-intizam, hörmət, doğruluq və pozitivliyin ünsiyyət sərhədləri içində qalmağımız üçün istifadə edilirdi. Mən valideynlərimizin təlimatlarının əksini düşündükdə və ya sözlərimiz Tanrının əmrlərinə qarşı gəldikdə bu ifadəni xatırlaya bilirəm.

Bir uşağa onların sözlərini dəyərləndirmək üçün xatırladan bir valideynə bənzər şəkildə, Tanrıda da öz övladlarına onların sözlərinin gücünü və sözləri müdrikliklə seçməyin vacibliyini bildirir.

Dillərimiz ilə danışdığımız: həyat ya da ölüm, qələbə ya da məğlubiyyət, təhlükəli ya da etibarlı, zəiflik ya da güclülük, inam ya da tərəddüt hər nə desəniz, kəlimələrinizin meyvəsini yeməyə hazır olun.

Yəqin ki, həyatınızda sizə və başqalarına zərər verən şeyləri dediyiniz zamanlar olub. Bu baş verdiyində Tanrının əfvini axtarmağımız və almağımız təbiidir, bu andakı sözlərimizə diqqət edərək tövbə etmək və diqqətlicə fikirləşmək çox vacibdir. Hər şey ağzımıza diqqət etməyimizlə başlayır, çünki danışdığımız kəlimələr bu günkü və gələcəyimizdəki vəziyyətlərimizlə birbaşa bağlı olan uzunmüddətli təsirlərə malikdir. Sözlərin vəziyyətinizə necə təsir etdiyinə təəccüblənəcəksiniz.

Müqəddəs yazılar fərdlərin həm ağızlarına diqqət yetirməklə həm də sözlərin diqqətlicə istifadəsi ilə bağlı bir neçə hesabat ortaya qoyurlar. Hər iki halda bizə dilin gücünün təsiri göstərildi. Sözlər cəsarətləndirməyi və həvəsləndirməyi öyrədə bilər. Onlar həmçinin həvəsdən sala, özünü yararsız saydıra və alçalda bilər. Sözlər minnətdarlıq, sevgi və həzzi ifadə edə bilər. Onlar həmçinin eqoistliyi, nifrəti və ümidsizliyi də ifadə edə bilər. Bizim məqsədimiz Tanrının vəziyyətlərimiz haqqında dediklərinin və ziddiyyətli vəziyyətlərimizi bəyan etməyimizi istədiyini deməkdir.

Bu gün həyatınızda nə baş verdiyi vacib deyil, “AĞZINIZA DİQQƏT YETİR”-məyinizin vaxtıdır. Heç bir şeyin dəyişməyəcəyi sınaq ya da möcüzədən uzaqlaşmayın, Tanrının sözünü elan etməyə başlayın. Bu nizam-intizam, etibar və inam tələb edən bir işdir. Amma bir dəfə Tanrıya şükür və tərənnüm edəndə sözlərinizi müdrikliklə istifadəsinin ritminə girməyə başladığınızda, yanlış kəlimələr desəniz, onda hərəkətə keçib Tanrının sözlərinə geri dönə biləcəksiniz. Həyatı danış və ağzına diqqət yetir!

DUA: Rəbbim, məni müqəddəs tutmağın üçün hər an ümidsiz bir şəkildə Sənə ehtiyacım var. Xahiş edirəm başqaları üçün dediyim məyusluq, rəddetmə, eqoistcə alçaltmaq, nifrət və ümidsizlik kimi danışdığım bütün pis sözlərdən qurtulmağıma kömək et. Mənə minnətdarlıq, sevgi, sevinc, cəsarət verici və canlandırıcı sözlər ifadə etməyimə yardım et. Rəbbim mən Sənə övgü verməyə başlayıram və hər bir vaxt təşəkkürümü bildirirəm. Qəlbimi saf tut, beləcə dodaqlarım da saf qalacaq. Ehtiyacım olduğunda mənə güc verdiyin üçün təşəkkür edirəm. Mən Sənə bağlıyam! İsanın adı ilə. Amin.