Bir xristian olmaq üçün qəti şəkildə bütlərə ibadət etməyin qadağan olduğunun fərqində olmalıyıq. Və fəqət bəzi xristianlar deyirlər ki, biz bütlərə ibdət etmirik, amma biz onları hörmətin və tarixin simvolu olaraq saxlayırıq, o zaman bu İQ-su aşağı olan insanlara sualımız belədir; Tanrının söylədiklərinə itaət edirsinizmi və ya öz fikirlərinizimi təqib edirsiniz? Çünki Tanrının sözü bunları deyir:
Çıxış 20:4-5: “Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə. Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Tanrın Rəbb, qısqanc Tanrınam. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm”.
Əziz xristian qardaşlarım və bacılarım, Allahın Kəlamını öyrənmək üçün daha çox vaxt sərf edin, Allah sizin ruhən gözlərinizi açsın, məhz bundan sonra gündəlik həyat və fəaliyyətləriniz Allahın Kəlamına uyğun olacaqdır. Unutmayın ki,Rəbbimiz tərəfindən qurulan qaydalardan üz döndərə ya da əzib keçmə haqqına sahib ola və bizim rahtlığımıza uyğun olaraq istifadə edə bilmərik. Çünki bunu edərək ancaq öz vicadınımıza yalan söyləyə bilərik, ancaq hər şeyi bilən Tanrını aldadanmarıq. Amin