İshaq 41 : 10 – “Qorxma, sənin üçün burdayam. Cəsarətini itirmə, çünki mən sənin Tanrınam. Mən səni qüvvətləndirəcəm və kömək edəcəm. Mən səni qalibiyyətli əlim ilə tutacam”.
Tanrı bizi qorumaq üçün fürsətləri və insanları həyatımıza daxil edir. Amma onlar bizim mənbələrimiz deyil, Odur! Və Tanrıdan başqa hər hansı bir kəsə yaxud mənbəyimizdən fərqli bir şeyə asılı olaraq başladığımız zaman onlar həyatımızdakı “digər ilahlar” halina gəlib çatırlar
Pensiya fondlarına güvənirik və bütün bu illər ərzində işlədiyimiz şirkət iflas edir… Biz işimizə güvənirik, sonra isə azalma başlayır… Biz xoşbəxtliyimizi təmin etmək üçün bir insana bağlanırıq və sonra onlar bizi tərk edirlır və ya bizi məyus edirlər.
Bizi Tanrıdan asılı edə biləcək nemət nadir? O bizim mənbəyimizdir. O bizi qeyd-şərtsiz sevir. O bizi tərk etməyəcək və ya buraxmayacaq. Beləcə Məsih vasitəsiylə hər şey edə bilərik.
Əhatəmizdə nəyin baş verdiyinin bir önəmi yox, qorxmaq zorunda deyilik, Çünki Tanrı bizim mənbəyimizdir. O bizim gücümüzdür. Hər şeyi mümkün edir və deyir; Qorxma, sənin üçün burdayam. Cəsarətini itirmə, çünki mən sənin Tanrınam. Mən səni qüvvətləndirəcəm və kömək edəcəm.
Ona güvənin. Heç vaxt məyus olmayacaqsınız.
Dua
Ata, insanlardan və əşyalardan asılı olaraq həyatımda sənin əvəzinə digər ilahlara yer verdiyim üçün məni əfv et. Sənə təkrar yönəlməyimə yardım et. Sənə tamamilə etimad etməyimə yardım et və başqalarının deyil yalnızca İsanın adıyla. Amin