Yunis 2 – Yunis (Conah) balığın içərisindən Tanrıya dua etdi. O dedi:
“Təhlükədə olanda Tanrıma səsləndim və O mənə cavab verdi. Ölüm cəngəsində dərinliklərdən kömək üçün səsləndim və sən yalvarışımı dinlədin. Sən məni dərinliklərin içinə, dənizlərin tam ortasına atdın və dalğalar mənim ətrafımda burulğan oldu; bütün dalğaların və ləpələrin məni sovurdu. Mən dedim: ‘Mən sənin dərgahından qovuldum. Yenədə sənin müqəddəs məbədinə baxacağam.’
Udan sular məni qorxudurdu, ətrafımı dərinlik sardı; başımın ətrafı dəniz yosunu ilə sarıldı. Dağların yamaclarına endirildim; məni həmişəlik yerin altına cəftələdi. Amma sən Tanrım, mənim həyatımı çuxurdan yuxarıya çıxardın.
“Həyatım zəifləyəndə, Səni xatırladım, ey Rəbbim və mənim duam sənə, sənin müqəddəs məbədinə qalxdı.” Dəyərsiz bütlərə etiqad edənlər, Tanrının onlara qarşı olan sevgisindən uzaqlaşırlar. Amma mən şükürlü səslərlə sizlərə fəda edəcəyəm. Hər şeyi yaxşılaşdıracağıma söz vermişəm. Mən deyəcəyəm: ‘Qurtuluş Rəbbimizdən gəlir.”
Və Tanrı balığa əmr etdi, o da Yunisi quru torpaqlara qusdu.