2016-cı il avqustun 18-ində Suriyalı bir Uşağın(Omran Daqneeş) qanlı və tozla örtülmüş, bir ambulansda sakitcə oturub kömək gözləyən şəkli, virusa yoluxmuş və beynəlxalq ictimaiyyətin Suriya, Əfqanıstan, İraq və s. dən gələn qaçqınlara kömək etməyi üçün ürəyinə yol tapmışdır. Keçən il qərb tərəfindən milyonlarla Müsəlman qaçqın alındı və yəqin ki, bu il də başqa milyon qaçqın götürüləcək.
Biz Taylanddakı Pakistanlı Xristian qaçqın və məcburi köçkünlər həmçinin Suriyalılar üçün də rahat bir künc saxlayırıq, bizim qəlbimiz də bu balaca günahsız uşağın əzabının görüntülərini gördükdən sonra ağladı. Ancaq biz bu gün qərb dünyasını, Papanı və medianı dindirmək istəyirik: Bizim uşaqlarımızla bu kasıb uşağın arasındakı fərq nədir? Bizim uşaqlarımızın əzabları ilə bu uşağın və onun ailənin əzabları bərabər gəlməzmi? Bizim uşaqlarımız qaçqın deyillər? Bizim uşaqlarımız həssas və qeyri-insani vəziyyətlərdə yaşamırlar?
Deyə bilərsiniz; o uşaq ölümə yaxın idi və buna görə də o çox diqqətə layiqdir. Amma mən deyərdim ki, bizim uşaqlarımız da həmçinin cəsəddirlər. Onlar uşaqlıq vaxtlarından həzz almalı olduqları bu yaşlarında qorxunun kölgəsi altında yaşayırlar, qaçaq immiqrantlar olduqları üçün Tayland polisi tərəfindən tutulma riski həmişə mövcud olacaq, otaqlarda yüksək səslə danışa bilməzlər, parklarda sərbəst şəkildə oynaya bilməzlər. Öz uşaqlıqlarını itiriblər: Onlar olduqlarını zənn etdiklərindən daha erkən yaşlarında yetişkin olurlar. Onların üzlərində gülümsəmək əvəzinə bizlərdən soruşmaq istədikləri bir sual var: Mən niyə başqa uşaqlar kimi məktəbə gedə bilmirəm? Niyə mənim yaxşı oyuncaqlarım yoxdur? Niyə mən başqa uşaqların yediyi qiymətlərə olan yeməklər kimi yeməkləri yeyə bilmirəm?
Uşaqların onların günahsızlıqlarına görə mələklərin bir üzü olduğu deyilir və onların günahsızlıqlarını saxlamaq bizim vəzifəmizdir. Pakistanlı Xristian uşaqlara gələndə heç bu vəzifə başa çatarmı? Onlar Pakistanı tərk etdikləri üçün onlara məhəl qoymamalıyıq? Xristian olduqlarına görə onlar öz vətənləri Pakistanda təhlükəsizlikdə deyillər, hal-hazırda onlar öz valideynləri ilə yeni bir həyatlarının olması ümidi ilə gəldikləri Taylandda təhlükəsizlikdədirlər və qorunurlar.
Hal-hazırda çoxlu sayda azyaşlı uşaq Bangkokun immiqrasiya saxlama mərkəzində onlara cinayətkarlar kimi davranılan yerdə saxlanılırlar. Qərb cəmiyyəti Uşaq Hüquqlarının Beynəlxalq Konvensiyasının aydın şəkildə pozulduğu bu qəddarlığı görmür?
Əgər biz bu gün səsimizi uşaqların hüquqlarına görə qaldırmasaq, onların məsumluğu və uşaqlıqları bu torların arxasında bir yerdə itəcəkdir. Bir tərəfdən Müsəlman qaçqın uşaqlarına qərbdə doğulan hər hansı bir uşaq kimi bərabər hüquq verilir, digər tərəfdən isə Taylanddakı Pakistanlı Xristian uşaqlar tərk edilir və göz ardı edilirlər.
Matta 19:14-da İsa deyir: “Qoyun balaca uşaqlar mənimlə gəlsinlər və cənnətin krallığı onlara görə qurulduğu üçün onlara mane olmayın.”
Gəlin həqiqi Xristianlar olaq və Bangkokdakı bu kiçik günahsız uşaqları qurtarmaq üçün İncilin sözlərinə görə hərəkət edək. Onlar bizə lazımdır. Onların göz yaşlarının qurumasına icazə verməyin. Bangkok xarabalığında onların məsumluqlarını itirməklərinə icazə verməyin. Xahiş edirik onlar Məsihin Krallığının bir parçası olduqlarına görə onların xilas olmaları üçün əlinizdən gələni edin.
Amber Alfred
Taylanddakı Pakistanlı bir Xristian ana