Pakistanın küfür qanunu hər zaman bu ölkənin xristiyanlarına yönəldilmiş dolu bir silahdı. Bun yasaya görə, məhkum edilən hər kəs ölüm cəzası alır və bu ədalət sistemi məhkumların əleyhinə olduqca qərəzlidir. Bu qanun xristianların sülh və dinc şəraitdə yaşamaqlarını əngəlləyir. Müsəlmanlar tez-tez xristianlara bu ədalətsiz qanunu mülkiyyət mübahisələrində üstünlük qazanmaq üçün və ya birinə qarşı kin bəslədikdə istifadə edirlər.
Bu gün xüsusi qonağımız Pakistan Azlıqlarının Hüquqları Təşkilatının sədri Asif Malldur. O küfür qanun xristiyanları necə hədəf görülərək istifadə edilməsinə açıqlama gətirir; xristianların gündəlik həyatlarında necə ayrı-seçkiliyə məruz qaldıqlarını və bunu nəticəsi olaraq, xristiyanların Pakistan İslam Respublikasında normat bir həyat yaşamasının nə qədər çətin olduğunu vurğulayır.
Bir başqa özəl qonaq isə sadəcə xristian olduğuna görə zülm görən Nusrat Bibidir. Nəticə etibarı ilə, bu gün o həyatını sürgündə davam etdirməkdədir. O, işçi sinifinə mənsub və savadsız xristianların yalandan dinə küfr etmə mühakiməsi adı altında necə tələyə düşürüldüklərini və xristianların əleyhinə təhsildə və məşğulluqda sistematik olaraq necə ayrı-seçkiliyə yol verildiyini bizim ilə bölüşür.
Hərçənd ki bu açıq aydın, uzun müddət davam edən ayrı-seçkiliyə, ədalətsizliyə, və xristiyanların Pakistanda üzləşdikləri həyat riskinə baxmayaraq, qərb hökümətləri və BMT və ya Papalıq kimi beynəlxalq təşkilatlar bu xristiyanları qorumaq və yaxud yardım etmək üçün heç bir tədbir görmürlər. Məsihin bizə öyrətdiyi bu mu? Ən qüvvətli güc mərkəzlərini edə biləcəyi budumu?
Bənzər şəkildə bacı və qardaşlarımızı çətin taleləri ilə baş-başa buraxaraq, Tanrının kəlamına əməl edib-etmədiyimizi öz vicdanızmızdanmı soruşmalıyıq yoxsa bu bütöv ədalətsizliyə son vermək üçün bir arayamı toplaşmalıyıq? Ədalətsiz bir ölkəyə ədalət gətirə bilmək üçün bizim fəaliyyətlərimizə qoşulun.