jcm-logo

Sevinc dolu səsinizi Rəbbinizə ucaldın

İsanın əzəmətli adı ilə xeyir dualar. İsa təkcə səni sevmir, həm də daim səninlə olmaq istəyir. Onunla birgə olmaq istəyirsənmi? Onunla həyatını birlikdə keçirmək istəyirsənmi? Ona doğru şəkildə ibadət edirsənmi? İsa bizlər üçün bir insan olaraq öldü amma qəlbimizdə hər zaman yaşayır. Ancaq bu gün kilsəyə belə ölü insanlar kimi cansız şəkildə gedirik. İnsanlar ölü bədənlərin Tanrının evinə deyil məzarlığa aid olduğunu unudurlar. Bu gün insanlar kilsəyə girdikdə yas mərasiminə girirlərmiş kimi daxil olurlar, amma nəzərə almırlar ki əslində bura daxil olma yeni həyat başlamağa bərabərdir. Onlar bizi yaxınlaşdıqca, həyat qapıları onalrın üzünə açılır. Bu gün biz kilsəyə necə girəcəyimizi belə bilmirik. Onlar bilmirlərki, kilsədə necə oturmaq lazımdır. Bu gün hamınızla çox kiçik bir şeyi paylaşmaq istəyirəm; Zəbur 100-cu bölümün ilk iki ayəti.

Zəbur yüzüncü bölüm ayət bir-iki: “Ey dünya, Yehovaya şadlıq sədaları yüksəlt! Tanrıya sevinclə ibadət et, Şadyanalıqla Onun hüzuruna gəl”.

Bəs sən onda necə sakitlik tapa bilərsən? Sadəcə Tanrının evinə getməyimiz gərəkli deyil, ora aparan yolda vacibdir. Davud bizə bunları tam gözəlliyi ilə öyrətdi, Tanrının Müqəddəs Ruhu Davudun vasitəsiylə kilsəyə necə daxil olacağımız mövzusunda bizi öyrətdi. Məsihçilərin etdiyi kimi davranmaq bizə fərz deyildir.

Əgər Tanrı bizə hər gün xeyir-dua verirsə, onda evimizə hər gün evinc hissi ilə getməyimiz gərəklidir. Bizim hər gün yeni məhəbbətlə, yeni sevgi ilə getməyimiz gərəklidir. Bu gün necə xeyir-dua aldığınızı düşünməyin, sabah da eyni şəkildə xeyir-dualar ilə günə başlamış olacaqsınız. Əgər Tanrının istədiyi kimi onu sevməzsən, Tanrı sənə rəğbət bəsləməz, lütf etməz. Bacı və qardaşlarım əgər Tanrıya yaxın olmaq istiyirsinizsə, onun qarşısına sevincli-nəşəli çıxın. Əgər Tanrının evinə girərsinizsə, orda yüksək səslə mahnılar oxuyacaqsınız və özünüzü xoşbəxt hiss edəcəksiniz. İshaq xoşbəxtlik deməkdir. İshaqın həyatında kədərə var idi, amma bütün bu çətinliklərə rəğmən o hər şeyin üstəsindən sevinc hissi ilə gəlirdi. Məhz buna görədə o 12 qəbilədən formalaşan belə böyük bir şəcərənin olmasına dair xoşbəxtliyə nail oldu. Yaqub acı və çətinliklər içindəykən əlini Tanrıya açdığına görə xeyir dua aldı və xoşbəxtliyi onda tapdı.

Çətinliklər içindəykən Tanrının adını xatırlamağa davam edin. Ağır zamanlarınızda Tanrının şüarını qaldırın. Bu gün həyatınızda hər hansı bir probleminiz varsa, onu İsa adından xilas edə bilərsiniz. Əgər borclarınız varsa ondan da qurtula bilərsiniz. Həyatınızda hər hansı bir xəstəlik varsa Tanrının ecinə gedərək uca səsslə ondan yardım diləməkdən çəkinməyin. Şeytana qarşı mübarizə apara bilərsiniz, ondan gələn hər lənəti dəf edə bilərsiniz. Sizin və mənim xeyir dua almış ruhumuz sevgi, xoşbəxtlik və məmnuniyyətdir. Siz və mən bir həyata sahibiksə, deməki ki, sonsuz xoşbəxtlik də bizimlədir, çünki həyat insana bəxş edilən ən böyük lütfdür. Fəqət biz Tanrının yolunda uyğun bir şəkildə addımlamazsaq, o bizə xeyir dua verməz. Çünki sən və mən onun evinə ümidsizliklə girərsək, onda Atamız bundan xoşlanmaz. Çünki insana görə imkansız olan Tanrı üçün əl çatandır. Sizə görə imkansız olan İsa Məsih üçün əl çatandır. Evinizə hər getdiyinizdə sevinclə gedin. Hər zaman onun qarşısına çıxdığınızda şükr dolu şüarlarınızı ona çatdırmağı unutmayın. Tanrı size və əhatənizdəkiləri qorusun. Amin

Rahib Daud Parvez

Valensiya – İspaniya