jcm-logo

Xristian olmaq – Əbədi Həyata Doğru Yol

Rəbbimizin adına salamlar. Bir çoxumuzun Xristian ailəsində doğulmuş kimi görünürük və ya İsanın adına vəftiz edilmişiksə, onda biz indi azadıq. Sanki heç bir məsuliyyət daşımırıq, biz xilaskarlığı əldə etmişik. Ancaq bu yalnış fikirdir. Xristian olmaq hər an və hər gün yanımızda daşıdığımız böyük bir məsuliyyətdir. Onu son nəfəsimizə qədər yerinə yetirmək bizim borcumuzdur.

Müqəddəs yazıların insanın itaət etməsi çətin olan və bir çox şeyi etməyimizi istədiyi ilə razılaşıram. Düşmənlərimizi bağışlamaq, onlarla öz mal-dövlətimizi paylaşaraq onlara kömək etmək və başqalarını mühakimə etməməmk kimi. Bir çox vaxt insanın fiziki səbəblərdən günaha girməsi və Tanrının Əmrinin qadağan etdiyi şeyləri etməsi həqiqətdir. Amma bu sınaqdır! Bu istənilən vəziyyətdə özümüzü və imanımızı güclü saxlamalı olduğuğumuzu yoxlamaq üçün testdir. Müqəddəs Yazılara qarşı hər hansı bir pis əməl etməyək.

Matta Fəsil 7 Ayə 13 – 14: “Dar qapıdan daxil olun. Qapının böyük olması və yolun geniş olması məhvetməyə aparır və bir çoxlarının rahat şəkildə içəri daxil olmasını təmin edir. Amma balaca qapı və dar yol həyata aparır və yalnız bəziləri onu tapa bilirlər”.

Bu ayə bizə başladığımız tamamilə kiçik bir qapıdan və dar cığırdan keçən Xristianlıq yolçuluğunu öyrədir, biz açıq aşkar çətinliklərlə üzləşirik və günahlarla qarşılaşırıq, amma nəhayət bu balaca qapı və bu dar yol bizi sonsuza qədər davam edən hədəflərimizə aparır, həyatı bizə İsanın özü bəxş etmişdir. Buna görə xatırlayın: Xristian olmaq böyük bir məsiliyyət tələb edir və biz özümüzü, imanımızı istənilən vəziyyətdə, çətin zamanlarda və ya sınaqlarda güclü saxlamalıyıq. Heç vaxt Rəbbinizin Sözünə qarşı çıxmayın. Və xatırlayın: İncilə görə olmayan bir şey əsla həyatımızın bir parçası ola bilməz. Amin.

David Rothfuss